Parisdə Ukraynaya hərbçilərin göndərilməsinə qarşı etiraz aksiyası keçirilib

2024/03/65e3f-1709442077.jpg
Oxunub: 151     08:32     03 Mart 2024    
Parisdə Ukraynaya mümkün hərbi personalın göndərilməsinə qarşı aksiya keçirilib.

Ordu.az xəbər verir ki, etirazçılar Florian Filipponun Patriotlar partiyasının çağırışı ilə toplaşıblar.

Etirazçılar “Makron istefa ver!”, “Fransızlar Ukrayna üçün ölməyəcək!”, “Makron getsin, özü döyüşsün” şüarları səsləndirib.

Onların fikrincə, ölkə hakimiyyəti Fransa Konstitusiyasının 35-ci maddəsini pozur.

Etirazçılar həmçinin Fransanı NATO-dan çıxmağa çağırıblar.

Fəallar etiraz əlaməti olaraq Fransa, NATO və Avropa İttifaqının bayraqlarını cırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin