İtaliya və Kanada əməkdaşlığı genişləndirmək üçün “yol xəritəsi” hazırlayacaqlar

2024/03/40e17-1709441800.jpg
Oxunub: 187     07:01     03 Mart 2024    
İtaliya və Kanadanın Baş nazirləri Corc Meloni və Castin Trüdo Torontoda (Kanada) görüşdən sonra iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün “yol xəritəsi”nin işlənib hazırlanacağını elan ediblər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə birgə açıqlamada deyilir.

"Bu gün biz siyasi, iqtisadi və strateji əlaqələrimizi daha da dərinləşdirməyə və onsuz da mükəmməl olan ikitərəfli əlaqələrimizi inkişaf etdirməyi razılaşdırdıq, Kanada və İtaliya arasında genişləndirilmiş əməkdaşlıq üçün “yol xəritəsi”ni hazırlamağı öhdəmizə götürdük", - İtaliya hökumətinin saytında yayılan birgə bəyanatda deyilir.

Bəyanata görə, “yol xəritəsi”ndə yaxın 3-5 il ərzində İtaliya və Kanada arasında əlaqələrin inkişafı üçün ətraflı proqramlar təqdim olunacaq. İkitərəfli əməkdaşlıq enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, miqrasiya və iqtisadiyyat sahələrini əhatə edəcək. Ölkələr həmçinin innovasiyaları, o cümlədən süni intellekt sahəsində birgə inkişaf etdirməyi planlaşdırır.

“Yol xəritəsi”nin hazırlanmasının nəticələri iyunda İtaliyada keçiriləcək növbəti iclasda müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Kanada  


Bizi "telegram"da izləyin