İsrail ordusu Rafahda “İslami Cihad”ın hədəflərinə zərbə endirib

2023/10/1697517562.jpg
Oxunub: 129     03:25     03 Mart 2024    
İsrail ordusu Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri yaxınlığında Fələstinin “İslami Cihad” hərəkatının radikallarına və onun infrastrukturuna zərbə endirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Daha əvvəl İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti Rəfah bölgəsində terrorçulara və “İslami Cihad”ın terror infrastrukturuna hücum edib”, - məlumatda bildirilir.

"Bu dəqiq zərbə “İslami Cihad” terrorçularına qarşı yönəldilib və bölgədəki xəstəxanaya heç bir ziyan dəyməyib", - ordudan əlavə olunub.

Mətbuat xidməti qeyd edib ki, “İsrail ordusu beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərməyə davam edəcək və qeyri-döyüşçülərə hər hansı zərərin qarşısını almaq üçün bütün səyləri göstərəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İslami-Cihad  


Bizi "telegram"da izləyin