Çadın XİN başçısı Qərbi Saheldə terrorla mübarizədə kömək etməyə çağırıb

2024/03/d95e1-1709441377.jpg
Oxunub: 155     00:48     03 Mart 2024    
Qərb Saheldəki terror təhlükəsini ortaq problem kimi qəbul etməli və yerli orduları gücləndirməklə həll yolunu axtarmalıdır.

Ordu.az-ın məlumatına görə, bunu Çadın xarici işlər naziri Mahamat Saleh Annadif deyib.

"Terrorçuluq təhlükəsi qlobal xarakter daşıyır və bu, qlobal reaksiya tələb edir. Saheldəki terrorçuluq Avropa və Yaxın Şərqdəki terrorizmlə bağlıdır. Bizim hərbçilər terrorla mübarizə aparmağa öyrəşməyib, onlar bu istiqamətdə təlim keçməlidirlər, buna uyğunlaşdırılmalıdırlar. Söhbət təlim sistemi və silahlardan gedir”, - o, Antalya Diplomatik Forumunda Saheldə təhlükəsizlik məsələlərinə dair müzakirələr zamanı deyib.

"Qərb tərəfdaşlarımız bunun bizim ümumi təhlükəmiz olduğunu başa düşməli, problemin yalnız Yaxın Şərq və ya Afrikadakı problem olduğunu düşünməməlidirlər. Onlar terrorizmlə mübarizədə ordumuza kömək etməlidirlər", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Qərbi-Sahel  


Bizi "telegram"da izləyin