Azərbaycan-Braziliya əməkdaşlıq məsələləri müzakirə olunub - YENİLƏNİB

2024/03/Ekran-1709400884.jpg
Oxunub: 202     21:42     02 Mart 2024    
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa ilə görüşüb.

XİN-dən Ordu.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Braziliya arasında əməkdaşlıq gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Yaxın günlərdə Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdıran tərəflər, mövcud əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün bu mexanizmin inkişafına əhəmiyyət verdiyimizi bildirib.

C.Bayramov, həmçinin COP29-la bağlı tərəfimizdən görülən hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırıb.

Xüsusilə, cari ildə COP29-a sədrliyimiz dövründə COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) xanım Maria Laura ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri “X”dəki hesabında yazıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, COP29 ilə əlaqədar hazırlıq işləri müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Braziliya  


Bizi "telegram"da izləyin