Fransa polisi Korsikada etirazçılara və "Haber Global"ın canlı yayımına müdaxilə edib

2024/03/1709397475.jpg
Oxunub: 179     20:10     02 Mart 2024    
Korsikanın Bastiya şəhərində Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçirilib.

Ordu.az xəbər verir ki, aksiyanı işıqlandıran "Haber Global"ın canlı yayımına polis müdaxilə edib.

Belə ki, jurnalist Emre Karaca və operator Engin Esgi aksiyanı zor gücü ilə dağıtmaq istəyən asayiş keşikçilərinin müdaxiləsi ilə üzləşib.

Qeyd edilir ki, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bəzi yerlərdə kiçik yanğınlar olub. Fransa polisinin hazırda qanunsuz hərəkətləri davam edir və dinc aksiya keçirən Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır.

Bildirək ki, aksiya Korsikada müstəqillik tərəfdarı olan fəalları birləşdirən "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Korsika  


Bizi "telegram"da izləyin