"Qarabağda yaşayan ermənilərlə bağlı məsələ Azərbaycanın daxili məsələsidir" - Ceyhun Bayramov

2023/11/1699118307.jpg
Oxunub: 207     18:45     02 Mart 2024    
Ermənistanla müzakirələr zamanı mövzulardan biri qarşı tərəfin qaldırdığı Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi idi ki, burada xüsusi bir yanaşma gözləntiləri var idi. Azərbaycan isə buna dair yanaşma və təklifi ondan ibarət idi ki, sülh müqaviləsi Ermənistan - Azərbaycan dövlətlərarası münasibətlərini tənzimləyir. Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı məsələ isə Azərbaycanın daxili məsələsidir.

Ordu.az-ın məlumatına görə, bunu Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov azərbaycanlı və türkiyəli jurnalistlərə açıqlamasında bildirib.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycanın tələbi ondan da ibarət idi ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etməlidir:

“Ermənistanın yanaşması ondan ibarət idi ki, Ermənistan bu vəziyyətə nəzarət edə bilmir. Biz bunu qəbul etmirdik. Burada kifayət qədər, belə demək olarsa, fərqli yanaşmalar, mövqelər mövcud idi. 19-20 sentyabr tarixində 24 saatlıq antiterror tədbirləri nəticəsində bilirsiniz ki, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisində mövcudluğuna, uzun illər ərzində fəaliyyət göstərən separatçı rejimin mövcudluğuna son qoyuldu, rejim buraxıldı. Və biz bunun şahidi olduq. Bu baxımdan, danışıqlar masasında bu mövzu yoxdur. Ermənistan tərəfindən də bu məsələ qaldırılmır. Bu mənada ciddi faktorlardan biri olan qanunsuz birləşmələr və rejimin olmaması müəyyən mənada açıq sualların sayını əhəmiyyətli şəkildə azaltmış oldu”, - nazir deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin