“Əl-Cəzirə”: HƏMAS və İsrail nümayəndə heyətləri Qahirədə bir araya gələcək

2023/10/1698383687.jpg
Oxunub: 131     15:38     02 Mart 2024    
Fələstinin HƏMAS hərəkatının və İsrailin nümayəndələri martın 3-də Misirin paytaxtı Qahirəyə gələcəklər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qəzza zolağında atəşkəsə nail olmaq üçün çoxtərəfli danışıqları davam etdirəcək və girovların fələstinli məhbuslarla mübadiləsinə dair razılaşmanın detalları müəyyən ediləcək.

Daha əvvəl İsrail nümayəndələrinin HƏMAS hərəkatının Qəzza zolağında saxlanılan girovların siyahısını təqdim etmədiyi müddətcə bölgədə nizamlama üzrə dialoqu davam etdirməkdən imtina etdikləri bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin