Sergey Lavrov: "Qərb BMT-nin fundamental prinsiplərini pozur"

2023/10/1698082034.jpg
Oxunub: 118     15:20     02 Mart 2024    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ başda olmaqla, Qərbin BMT-nin fundamental prinsiplərini pozduğunu bəyan edib.

Ordu.az-ın məlumatına görə, bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.

“Biz hara gəlib çıxdığımızı təhlil etməliyik. BMT pis təşkilat deyil, əsasnaməsi var. Sadəcə olaraq bir sıra iqtisadi inkişaf etmiş dövlətlər hesab edirlər ki, öz maraqlarına uyğun olaraq prinsipləri poza, manipulyasiya edə bilərlər. Real işdə ölkələr arasında bərabər hüququ bərpa etmək lazımdır”, - S.Lavrov deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Qərb   BMT  


Bizi "telegram"da izləyin