Litva XİN başçısı: "NATO qoşunlarının Ukraynaya göndərilməsindən imtina etməyə dəyməz"

2024/03/3c721-1709378941.jpg
Oxunub: 128     15:03     02 Mart 2024    
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis NATO qoşunlarının Ukraynaya göndərilməsi variantına baxılmasından imtina edilməsinə əsas olmadığını düşünür.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Ukraynaya hərbçi göndərilməsi ilə bağlı düşünürəm ki, biz bu variantı nəzərdən keçirməkdən imtina etməməliyik, buna əsas da yoxdur”, - Q.Landsbergis deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   NATO   Ukrayna  


Bizi "telegram"da izləyin