İrəvan Ermənistan-Türkiyə prosesinin “statusu”nu necə aşağı salır?

2024/03/1709375102.jpg
Oxunub: 172     15:24     02 Mart 2024    
Antalya Diplomatik Forumunda təşkil edilən Qafqaz üzrə panel müzakirəsində Türkiyə nümayəndəsi Serdar Kılıç bildirib ki, bu, həll prosesi deyil, Ermənistan və Türkiyə arasında qarşılıqlı etimad yaratma prosesidir.

Əslində, bu bəyanat Ermənistanın oyunlarına son qoyması üçün edilmiş ciddi çağırışdır. Habelə əgər Ermənistanın münasibətlərin tənzimlənməsini istəməyəcəyi təqdirdə, “barın aşağı salınması”nın baş verə biləcəyini göstərməkdir. Çünki etimadın yaradılması prosesi tənzimləmədən fərqli olaraq çox nisbi, ümumi anlayışdır və daha çox obyektivliyi nəzərdə tutur. Ankaranın hansısa prosesin və ya məsələnin statusunu aşağı salması heç də təəccüblə qarşılanmamalıdır. 2022-ci ilin iyulunda Vyanada keçirilən görüşdən sonra Ermənistan və Türkiyənin xüsusi nümayəndələri bir araya gəlmir.

Çünki Ermənistan Vyana görüşündən sonra elan edilən razılaşma ilə bağlı heç bir nəzərəçarpacaq irəliləyiş nümayiş etdirməyib. Onların yaxın vaxtlarda birbaşa hava yükdaşımalarını bərpa etmək, habelə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədləri açmaq barədə razılığa gəldikləri bildirilirdi. O vaxtdan il yarımdan çox vaxt keçib, amma hiss olunan bir hərəkət yoxdur və bu yoxluğun Ermənistanın istəyinin olmamasından irəli gəldiyinə şübhə yoxdur.

Ankara məsələni Ermənistan-Azərbaycan nizamlanması ilə əlaqələndirir, xüsusən də Türkiyə rəsmiləri bu məsələdə kifayət qədər açıq danışırlar. Lakin buna baxmayaraq, Kılıç dəfələrlə İrəvana ikitərəfli görüşlər keçirməyi təklif edib, Ermənistan isə məsələnin tənzimlənməsində regional nizamlanmadan qaçaraq, Fransa kimi ölkələrin müdaxiləsini dəstəkləyir. Bu çərçivədə, prosesin statusunun de-fakto aşağı salınması əslində Ermənistanın “əməyi”nin nəticəsidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Təxribat   Türkiyə   Antalya  


Bizi "telegram"da izləyin