ABŞ İraqa zərbə endirdiyinə görə üzr istəyib

2024/03/usa_f-1709373593.jpg
Oxunub: 145     13:56     02 Mart 2024    
ABŞ ötən ay İraqa zərbə endirdiyinə görə üzr istəyib.

Ordu.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatik Forumunda deyib.

Onun sözlərinə görə, ABŞ fevralın 3-də İraqa aviazərbə endirəcəyi barədə ölkə rəhbərliyini əvvəlcədən məlumatlandırmayıb. ABŞ nümayəndəsi buna görə üzrxahlıq edib.

Xatırladaq ki, bu il fevralın 3-də ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

“ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib”, – deyə məlumatda qeyd edilib.

İraq hökuməti ABŞ ordusunun ölkənin sərhəd rayonlarına endirdiyi zərbələr nəticəsində 16 nəfərin həlak olduğunu açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


Bizi "telegram"da izləyin