Rusiya itkilərdən sonra A-50 AEW&C təyyarələrinin istehsalına yenidən başlayacaq

2024/03/rf-50-1709367442.jpg
Oxunub: 312     18:13     02 Mart 2024    
Heç kimə sirr deyil ki, Rusiyanın A-50 “Mainstay” havadan erkən xəbərdarlıq və nəzarət (AEW&C) təyyarə parkı Ukraynadakı müharibədə zədələnib.

Ordu.az xəbər verir ki, 2 təyyarə müəmmalı şəraitdə vurulub, digəri isə Pilotsuz Uçuş Aparatının (PUA) zərbəsi nəticəsində zədələnib.

Ancaq bu yüksək qiymətli təyyarələrin istehsalına yenidən başlamaq üçün yeni təklif ən azından mübahisəlidir.

Bu, həmçinin Moskvanın yeni nəsil AEW&C platforması olan A-100-ün tətbiqi ilə bağlı üzləşdiyi və hələlik aydın olmayan mühüm problemlərə də işıq salır.

Dövlətə məxsus TASS xəbər agentliyinin məlumatına görə, Rusiyanın “Rostec” müdafiə agentliyinin direktoru Sergey Çemezov açıqlamasında A-50-nin istehsalına yenidən başlanılacağını bildirib.

“Əlbəttə, bu təyyarəyə ehtiyac var. Təbii ki, istehsal edəcəyik. Ordumuzda nəinki ehtiyac var, həm də ixrac üçün çox əlverişlidir”, - deyə Çemezov qeyd edib

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   A-50   AEW&C  


Bizi "telegram"da izləyin