KİV: Ermənistan Ukraynanın hansı mövqe tutduğunu və Ermənistana qarşı hansı addımları atdığını unudur

2024/03/1709366951.jpg
Oxunub: 159     15:47     02 Mart 2024    
Ötən həftənin sonunda mətbuatda Ukrayna Prezidenti Vladimir Zelenskinin martın əvvəlində Ermənistana gələcəyi xəbəri yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Zelenskinin İrəvana, daha sonra isə Bakıya səfər etmək niyyətində olduğu qeyd olunub.

“Bu məlumatın rəsmi təsdiqi və ya təkzibi olmayıb. Üstəlik, “Armenpress”in Ukrayna Prezidenti Vladimir Zelenskinin martda Ermənistana səfər etməyi planlaşdırdığı barədə məlumatı təsdiq və ya təkzib edə bilib-bilməyəcəkləri sualına Ukrayna Prezident Aparatının İctimai İnformasiya İdarəsinin rəhbəri Aleksandr Xripunov belə cavab verib: “Ukrayna Prezidentinin və Ukrayna Prezident Aparatının fəaliyyəti haqqında məlumatlar sistemli və operativ şəkildə Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilir”. Ötən gün bəzi KİV-lər, əvvəlki şayiələrin əksinə olaraq, Zelenskinin nə Ermənistan, nə də Azərbaycana gəlməyəcəyi barədə məlumat yayıb. Öncə onu qeyd edək ki, Nikol Paşinyan bir neçə dəfə Ermənistanın Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi olmadığını bəyan edib. Göründüyü kimi, Paşinyan ümid edirdi ki, bunu praktikada sübut etmək üçün doğru vaxt gəlib və Zelenskinin səfəri ən yaxşı fürsət ola bilər. Eyni zamanda, Paşinyan və Ermənistan hakimiyyəti Ukraynanın 2020-ci ilin 44 günlük müharibəsindən əvvəl, müharibə zamanı və ondan sonra hansı mövqe tutduğunu və Ermənistana qarşı hansı addımları atdığını unudur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ukrayna  


Bizi "telegram"da izləyin