“Past”: Paşinyanın partiyasından olan deputatlar silahla təmin olunmalarını xahiş edirlər

2024/03/1709366890.jpg
Oxunub: 132     15:22     02 Mart 2024    
Son dövrdə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri bağlı bir neçə “partlayıcı” hekayə olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, əvvəlcə hakim fraksiyanın deputatı Qaqik Melkonyanın evinin divarının yaxınlığında bomba qoyulub, bomba böyük gücə malik olmasa da, partlayıb.

“Daha sonra hakim fraksiyanın deputatı Qurgen Arsenyanın partiya ofislərindən birinin yaxınlığında, fevralın 26-da isə partiyanın Arabkirdəki ofisinin yaxınlığında bomba tapılıb. Doğrudur, polis rəsmi şəkildə bildirib ki, son iki halda tapılan partlayıcı qurğu deyil, mulyajdır, təhlükəli deyil. Lakin onsuz da kəskin olan qorxular Paşinyanın partiyasının sıralarında dərinləşir. Üstəlik, bir neçə partiya üzvü “bomba” və “partlama” ilə bağlı mesajlar alıb. Məlumata görə, bundan dəhşətə gələn partiya üzvləri şəxsi təhlükəsizliklərini sığortalamaq qərarına gəliblər. Xüsusilə, qanunla silah saxlamağa icazə verilməyən vəzifəli şəxslər və deputatlar Daxili İşlər Nazirliyinə müraciət edərək, onların özünümüdafiə üçün silahla təmin olunmasını xahiş ediblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin