Erməni deputat: “Ay, suverenlər, qərar verən rus və Aİ müşahidəçisidir, gedin, suverenliyinizə sahib çıxın”

2024/03/1709366662.jpg
Oxunub: 182     14:20     02 Mart 2024    
“Xüsusən Ermənistan nümayəndə heyətinin qeyri-peşəkarlığını nəzərə alsaq, Berlində 2 günlük Mirzoyan-Bayram danışıqlarından müsbət nəticə gözləmirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan deyib.

Onun sözlərinə görə, Berlində Ermənistan-Azərbaycan danışıqlarında Türkiyə ilə danışıqlar aparan Ruben Rubinyan da iştirak edib.

“Sual yaranır ki, onun orada nə işi var idi? Axı Türkiyənin siyasəti çox aydındır: Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması o halda mümkündür ki, Azərbaycanın bütün tələbləri yerinə yetirilsin”, - deyə Qriqoryan qeyd edib.

Qriqoryan bildirib ki, bu, Türkiyənin Ermənistan-Azərbaycan danışıqları kontekstində Ermənistana təzyiqlərini davam etdirdiyini göstərir.

“Bu onu göstərir ki, Türkiyə Ermənistan-Azərbaycan danışıqları kontekstində Ermənistana təzyiqlərini davam etdirir və “Azərbaycanın bütün tələblərini yerinə yetirin, danışarıq” deyə təkid edir. Ay, suverenlər, qərar verən rus və Aİ müşahidəçisidir, gedin, suverenliyinizə sahib çıxın”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin