Erməni ekspert: “Bu hakimiyyətin istənilən bəyanatı əvvəlkindən daha təhlükəli və riskli yeni reallıq yaradır”

2022/09/1662189442.jpg
Oxunub: 144     14:01     02 Mart 2024    
“Bu hakimiyyətin istənilən bəyanatı əvvəlkindən daha təhlükəli və riskli yeni reallıq yaradır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan öz məqaləsində yazıb.

O qeyd edib ki, əmr gələn kimi hamı marionet kimi rusların “Zvartnots” hava limanından çıxarılmasından danışmağa başlayıb.

“Burada məsələ hava limanında deyil. Müqaviləyə əsasən, ruslar MDB-nin sərhədlərini, xüsusən də Türkiyə ilə sərhəddi saxlayırlar. Və çox güman ki, ruslar Nikol-Alen (Ermənistan Baş naziri Nikol Paşinyan, Ermənistan parlamentinin sədri Alen Simonyan – red.) macərasına çox sakit cavab verəcəklər: israr edirsinizsə, problem yoxdur və biz təkcə “Zvartnots” yox, başqa sərhədlərdən də ayrılırıq. Və biz yeni reallıq əldə edəcəyik: açıq Ermənistan-Türkiyə sərhədi. Bu, təkcə Türkiyə ordusuna deyil, müxtəlif silahlı qruplaşmalara, Suriyadan, İraqdan gələn nəzarətsiz qruplara, terrorçulardan, muzdlulardan tutmuş mülki qruplara qədər hər kəsə açıq olacaq. Təsəvvür edə edirsiniz bizim həmsərhəd bataqlıqlarımızda hansı reallıq yarana bilər və perspektivin hansı sabitliyi pozmaq potensialı var?”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin