“Təəccüblüdür ki, Rusiya sərhədçilərinin hansı razılaşma əsasında Nerkin Handda olduğunu bilmirlər” - Ohanyan

2024/02/1706949637.jpg
Oxunub: 216     16:27     02 Mart 2024    
“Təəccüblüdür ki, Ermənistan səlahiyyətliləri Rusiya sərhədçilərinin hansı razılaşma əsasında Nerkin Handda olduğunu bilmirlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində “Hayastan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Əgər belə bir yazılı razılaşma yoxdursa, bu o deməkdir ki, Ermənistan hakimiyyəti zərurət yaranıbsa və müəyyən problemlər yaranıbsa, Rusiya tərəfinə şifahi müraciət edib”, - deyə Ohanyan qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin Nerkin Handda olması üçün heç bir mandat və ya razılaşma olmadığını açıqlamışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin