Ermənistan yaxın günlərdə Avropa İttifaqına üzvlük üçün ərizə təqdim edəcək

2024/03/1709365736.jpg
Oxunub: 198     11:47     02 Mart 2024    
Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Aİ üzvlüyünə namizəd olmağa və “Ermənistan üçün maksimum təhlükəsizliyi təmin edəcək istiqamətdə irəliləməyə” hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, belə bir açıqlama sırf baxış bucağından daha çox anons xarakteri daşıyırdı.

“Məsələ burasındadır ki, rəsmi mənbələrimizin məlumatına görə, Nikol Paşinyan qərar qəbul etdiyini və yaxın günlərdə, ən çoxu bir ay ərzində Ermənistanın Avropa İttifaqına üzvlük üçün namizəd olmaq ərizəsi təqdim edəcəyini öz partiya “elitası”na bildirib. Etibarlı məlumatımıza görə, hakim partiyanın deputatları arasında qarşı çıxanlar da olub və onlar bu addımın mümkün təhlükələrini qeyd ediblər. Nikol Paşinyan isə qeyd edib ki, nə olacaqsa, olacaq, Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur və Qərb təhlükəsizlik zəmanəti verə bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin