Avropa dövlətləri Ukrayna üçün sovet tipli artilleriya mərmiləri axtarır

2024/03/1709364884.jpg
Oxunub: 196     15:50     02 Mart 2024    
Bəzi Avropa ölkələri Ukraynaya bağışlamaq üçün xaricdən yüz minlərlə 122 mm-lik artilleriya mərmisi alıblar.

Ordu.az-ın xəbərinə görə, ekspertlər deyirlər ki, bu, Kiyevə müharibənin kritik anında işğalçı Rusiya qüvvələrinə qarşı sursat çatışmazlığını aradan qaldırmağa kömək edəcək.

Almaniya hökumətinin bu ay elan etdiyi Ukrayna üçün son hərbi paketə Sovet standartı çaplı 120 mindən çox artilleriya mərmisi daxil olub.

Berlin hökuməti bəyan edib ki, tədarüklər dövlət vəsaiti hesabına maliyyələşdirilən sənaye ehtiyatlarından həyata keçirilib.

“Der Spiegel” qəzeti mərmilərin Avropada bu cür sursatların əsas istehsalçısı olan Bolqarıstandan sifariş edildiyini yazıb.

Ukrayna qüvvələri hələ də D-30 və ya “2S1 Gvozdika” haubitsaları kimi sadəcə qeyri-NATO mərmiləri ata bilən köhnə silahlara güvənirlər.

Münhen Konfransında Çexiya Prezidenti Petr Pavel bildirib ki, onun hökuməti xaricdən 800.000 ədəd 155 m-lik və 300.000 ədəd 122 mm-lik olmaqla təxminən bir milyon mərmi ala bilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin