Slovakiyaya ilk 2 ədəd F-16 “Blok 70” döyüş təyyarəsi təhvil verilib

2024/03/sas96-1709364604.jpg
Oxunub: 132     15:09     02 Mart 2024    
“Lockheed Martin”in “Greenville” müəssisəsində keçirilən mərasimdə Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ABŞ və Slovakiyadan olan nümayəndələrlə birlikdə Slovakiyanın ilk 2 ədəd F-16 “Blok 70” təyyarəsinin təhvil verilməsini qeyd ediblər.

Ordu.az xəbər verir ki, F-16 “Blok 70” döyüş təyyarələri Slovakiyaya öz hava məkanını yenidən öz gücü ilə qorumağa kömək edəcək.

Tək nəfərlik C modeli və iki nəfərlik D modeli olmaqla 2 təyyarə texniki xidmət təlimi üçün “Greenville”də qalacaq.

Bu təlim Slovakiya Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin F-16 parkına rahat inteqrasiyasını və effektiv fəaliyyətini təmin etmək üçün böyük əhəmiyyət kəsb edir.

Digər təyyarələrin 2025-ci ilə qədər tamamlanması, ilk təyyarə qrupunun isə 2024-cü ilin ortalarında Slovakiyaya çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   F-16   Blok-70  


Bizi "telegram"da izləyin