F-16-ların Türkiyəyə satışını əngəlləyən qanun layihəsi ABŞ Senatında böyük səs çoxluğu ilə rədd edilib

2023/08/2023--1693373489.jpg
Oxunub: 168     14:55     02 Mart 2024    
ABŞ Senatı Bayden administrasiyasının ötən ay təsdiqlədiyi Türkiyəyə 23 milyard dollarlıq F-16 satışını əngəlləyəcək qanun layihəsinə qarşı əzici bir əksəriyyətlə (13 bəli, 79 xeyr) səs verib.

Ordu.az xəbər verir ki, qanun layihəsi rədd edilib.

Türkiyə bir neçə ildir ki, “Lockheed Martin” tərəfindən istehsal edilən 40 yeni F-16, eləcə də mövcud parkdakı 79 döyüş təyyarəsi üçün modernləşdirmə dəstlərinin daxil olduğu satışı kilidləməyə çalışırdı.

Bir ildən çox vaxt uzatdıqdan sonra ABŞ Dövlət Departamenti, nəhayət, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqlədiyi üçün satışı təsdiqləyib.

Senator Rand Paul “əhəmiyyətli insan haqları problemləri, özbaşına qətllər, həbsdə şübhəli ölümlər, işgəncələr, əsassız həbslər və on minlərlə insanın davam edən həbsi”ni irəli sürərək satışın qarşısını almağa səs verib.

Pol səsvermədən əvvəl Senatın zalından verdiyi açıqlamada qeyd edib: “Türkiyənin son illərdəki ehtiyatsız hərbi hərəkətlərini nəzərə alaraq, bu təklif olunan satışın mənfi strateji nəticələri ilə bağlı da dərin narahatlığım var”.

Paul oktyabr ayında ABŞ F-16-sının Suriyanın şimal-şərqində, ABŞ birliklərinin terror təşkilatı PKK/YPG-yə dəstək verdiyi bölgədə Türkiyənin Pilotsuz Uçuş Aparatını (PUA) vurduğuna diqqət çəkib.

O, həmçinin 2020-ci ildəki Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana F-16-lar yerləşdirməsini qeyd edib.

Senatın Xarici Əlaqələr sədri Ben Cardin ötən ay “yaşıl işıq” yandırdıqdan sonra kürsüdə satışı müdafiə edib. “Mən bir neçə ay ərzində bu əməliyyatla bağlı Bayden administrasiyasının ən yüksək səviyyələri ilə yaxından məsləhətləşdim”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-16   Türkiyə  


Bizi "telegram"da izləyin