“King Air B200” tipli təyyarələrin pilot kabinəsi modernləşdirməsi ASFAT tərəfindən uğurla tamamlanıb

2024/03/kinga-5128092999.jpg
Oxunub: 131     14:30     02 Mart 2024    
Türkiyə Quru Qoşunları Komandanlığı Quru Aviasiyası tərəfindən uzun illərdir istifadə edilən “King Air B200” tipli təyyarələrin pilot kabinəsi modernləşdirməsi ASFAT (Hərbi Zavodlar Baş Müdirliyi) tərəfindən uğurla tamamlanıb.

Ordu.az xəbər verir ki, ilk təyyarə təşkil edilən mərasimlə Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.

Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin də qatıldığı mərasim Ankarada, Güvercinlikdə 5-ci Əsas Baxım Zavodu Müdirliyində keçirilib.

ASFAT tərəfindən edilən paylaşımda aşağıdakı məlumatlar yer alıb:

“Hərbi Zavodlar Baş Müdirliyimiz ilə bağlanmış müqavilə çərçivəsində Quru Qoşunları Komandanlığımıza məxsus 2 ədəd “B-200 King Air” təyyarəsinin avionik modernləşdirilməsi çərçivəsində 5-ci ABF Müdirliyi obyektlərində ilk təyyarənin montaj və inteqrasiya işləri tamamlanaraq, Quru Qoşunları Komandanlığımıza təhvil verilib. Ümid edirik ki, şanlı türk ordumuza və millətimizə xeyirli xidmətlər göstərəcək! Nazir müavini cənab Cəlal Sami Tüfekçinin başçılıq etdiyi nümayəndə heyəti proqram çərçivəsində fabrikdə olub, təyyarələr və aparılan modernləşdirmə işləri haqqında məlumat alıb”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: King-Air-B200   ASFAT  


Bizi "telegram"da izləyin