Albaniya “Bayraktar TB2” PUA-larını təhvil alıb

2024/03/899-1709363676.jpg
Oxunub: 140     13:56     02 Mart 2024    
Albaniyanın müdafiə naziri Niko Peleşi bildirib ki, “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) ölkəyə gəlib.

Ordu.az xəbər verir ki, Peleşi sosial media hesabındakı paylaşımında səmərəliliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar TB2” PUA-larının indi Albaniyada olduğunu açıqlayıb.

O qeyd edib ki, iki gündür PUA-ların yığılması, istismarı və idarə olunmasını təmin edəcək lazımi infrastrukturun quraşdırılması işləri aparılır.

“Bu inkişaf Albaniyanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyini təmin etmək və ən yüksək müdafiə standartlarına cavab vermək əzminin sübutu kimi çıxış edir”, - deyə Albaniyanın müdafiə naziri vurğulayıb.

Peleşi “Bayraktar TB2”lərin quraşdırılması zamanı çəkilmiş bir neçə fotonu paylaşaraq, bu satınalmanın Albaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi və innovasiyasına fədakarlığın simvolu olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   Bayraktar-TB2   PUA  


Bizi "telegram"da izləyin