“Akhisar” dəniz patrul gəmisinin doklama prosesi tamamlanıb

2024/03/sas21-1709363526.jpg
Oxunub: 190     13:16     02 Mart 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk Həftəlik Mətbuatı Məlumatlandırma Toplantısında “Akhisar” Dəniz Patrul Gəmisi ilə bağlı mühüm inkişafları açıqlayıb.

Ordu.az xəbər verir ki, Aktürk Nazirlik nəzdində ASFAT-ın əsas podratçılığı altında həyata keçirilən Dəniz Patrul Gəmiləri Layihəsi çərçivəsində inşa edilən ilk gəmi olan “Akhisar”ın suya buraxılmasından sonra kritik mərhələ olan doklama prosesinin 2024-cü il fevralın 23-də uğurla tamamlandığını bildirib.

Türkiyənin dənizlərdə hüquq, mənafe və maraqlarını daha effektiv şəkildə qorumaq və müdafiə etmək məqsədilə Dəniz Patrul Gəmilərinə olan ehtiyaca ən qısa müddətdə cavab vermək üçün inşasına başlanılan “Hisar” sinfinə məxsus dəniz patrul gəmilərinin inşa fəaliyyətləri ASFAT-ın əsas podratçılığı altında “İstanbul” Gəmiqayırma Zavodunun komandanlığı tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində 10 gəmi istehsal etmək hədəflənir, seriyanın ilk iki gəmisi “Akhisar” və “Koçhisar” ilk təməlqoyma mərasimindən sadəcə 17 ay sonra iki gəmi birdən qabaqcıl səviyyədə təchiz edilmiş və ən qısa müddətdə liman qəbul sınaqlarına başlayacaq şəkildə 2023-cü il sentyabrın 23-də dənizə endirilib.

Bu qədər qısa müddətdə və bu səviyyədə iki gəminin birdən dənizə endirilməsi Türkiyə müdafiə sənayesi üçün bir ilkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Akhisar  


Bizi "telegram"da izləyin