“Özgür” layihəsində ilk tədarük həyata keçirilib

2024/03/f-16--1709363333.jpg
Oxunub: 159     12:48     02 Mart 2024    
“Özgür” Modernləşdirmə Layihəsi çərçivəsində 3 ədəd modernləşdirilmiş F-16 “Blok 30” döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına təhvil verilib.

Ordu.az xəbər verir ki, müvafiq inkişaf Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) tərəfindən dərc edilən 2023 Fəaliyyət Hesabatı çərçivəsində paylaşılıb.

Türkiyə MSK tərəfindən həyata keçirilən və Hərbi Hava Qüvvələri Komandanlığının ən əhəmiyyətli hücum elementlərindən biri olan F-16 təyyarəsinin “Blok 30” versiyasının milli avionik sistemlərlə modernləşdirilməsini hədəfləyən “Özgür” layihəsi çərçivəsində TUSAŞ və ASELSAN arasında kütləvi istehsal müqaviləsinin imzalandığı, kütləvi cihaz istehsalının sürətlə başladığı və ilk tədarüklərin edildiyi bildirilib.

Türk HHQ-nin inventarında olan F-16 “Blok 30” döyüş təyyarələrinin avionik modernləşdirilməsini əhatə edən “Özgür” layihəsində eyni zamanda ASELSAN tərəfindən hazırlanan “Murad” AESA radarının “Özgür” layihəsi çərçivəsində modernləşdiriləcək F-16 “Blok 30” döyüş təyyarələrində istifadə edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özgür   MSK   HHQ  


Bizi "telegram"da izləyin