Türkiyənin komando taboru Kosovoya gedib, 3 aylıq missiya başlayır

2024/03/sas3-1709363073.jpg
Oxunub: 95     12:12     02 Mart 2024    
Fevralın 28-də NATO Kosovo Qüvvələrinin (KFOR) ehtiyat birliyi rotasiyası planı çərçivəsində Türkiyənin komando taboru Kosovoya gedib.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, İtaliyadan missiyanı təhvil alacaq Türkiyə taboru 1 mart - 1 iyun 2024-cü il tarixləri arasında xidmət göstərəcək.

Kosovonun şimalında artan gərginliyə görə Türkiyədən əlavə qüvvələr tələbi edilib və müsbət cavab alınıb.

Bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyi KFOR-a ehtiyat birlik göndəriləcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Komando   Kosovo  


Bizi "telegram"da izləyin