ASELFLIR-500 və ASELFLIR-410-da kütləvi istehsal: Embarqoya cavab

2024/03/1709362763.jpg
Oxunub: 116     11:30     02 Mart 2024    
Bir müddətdir ki, hava, quru və dəniz platformalarında istifadə olunan elektro-optik sistemlərin milliləşdirilməsi üçün çalışan ASELSAN 10-dan çox ölkəyə 200-ə yaxın CATS kamerası tədarük edib.

Ordu.az xəbər verir ki, ASELSAN bu yaxınlarda öz sinfində dünyanın ən yaxşı kameraları olan ASELFLIR-500 və ASELFLIR-410-un kütləvi istehsalına başlayıb.

ASELSAN-da kütləvi istehsala keçən ilk kameralar üçün mərasim keçirilib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün, ASELSAN baş direktoru Ahmet Akyol və ASELSAN personalının iştirakı ilə keçirilən mərasimdə kameralar paketlənərək, təhvil verilməyə hazır vəziyyətə gətirilib.

Haluk Görgün mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: “Texnoloji müstəqilliyin yeni nişanələri olan ASELSAN ASELFLIR-500 və ASELFLIR-410-un ilk seriyalı istehsalı ölkəmizə xeyirli olsun. Embarqolara da cavab verən sistemlərimiz milli imkanlarla inkişaf etdirildi və öz sahəsində dünyanın “ən yaxşıları” oldu. Hava platformalarımızın iti gözü olacaq sistemlərimizi millətimizə çatdırmaq üçün gecə-gündüz çalışan, milli mühəndislik istedadlarının çatdığı nöqtəni dünyaya elan edən ASELSAN komandasını təbrik edirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   ASELFLIR-500  


Bizi "telegram"da izləyin