Çin və Yeni Zelandiya arasında gərginlik: “AUKUS müdafiə əməkdaşlığında iştirak etməyin”

2024/03/Ekran-1709376028.jpg
Oxunub: 150     10:43     02 Mart 2024    
Çin Yeni Zelandiyaya xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, Pekin Yeni Zelandiyanın ABŞ, Böyük Britaniya və Avstraliya arasında təhlükəsizlik paktı olan AUKUS-un yeni müdafiə əməkdaşlığında iştirak etməməli olduğunu bildirib.

Mövzu ilə bağlı açıqlamasında Çin Müdafiə Nazirliyinin sözçüsü Canq Şiaoqanq AUKUS-un nüvə silahlarının yayılmaması rejimini sarsıtdığını və silahlanma yarışını tətiklədiyini qeyd edib.

AUKUS-un eqoist geosiyasi maraqlar üçün yaradıldığı fikrini ifadə edən sözçü Canq bildirib: “Biz tərəfləri bu yanlış və təhlükəli yolda daha da irəli getməkdən, öz təhlükəsizlik maraqları bahasına beynəlxalq və regional sülh və sabitliyə təxribat törətməkdən çəkinməyə çağırırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yeni-Zelandiya  


Bizi "telegram"da izləyin