Rusiya ABŞ-ni “Yars” qitələrarası ballistik raketinin təlim buraxılışı ilə bağlı xəbərdar edib

2024/03/1709354609.jpg
Oxunub: 236     08:37     02 Mart 2024    
Rusiya hakimiyyət orqanları Plesetsk sınaq kosmodromunda "Yars" bərk yanacaqlı qitələrarası ballistik raketin döyüş-təlim buraxılışı barədə ABŞ tərəfini əvvəlcədən xəbərdar edib.

Ordu.az-ın məlumatına görə, bu barədə TASS-ın müxbirinə Pentaqonun nümayəndəsi bildirib.

"Bəli, Rusiya Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-ni [raket buraxılışı haqqında] xəbərdar etdi. Biz vəziyyəti izləməyə davam edəcəyik", - Pentaqon qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Yars  


Bizi "telegram"da izləyin