BMT TŞ-yə sədrlik Yaponiyaya keçib

2024/03/1709353154.jpg
Oxunub: 103     04:12     02 Mart 2024    
BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Qayanadan Yaponiyaya keçib.

Ordu.az xəbər verir ki, Yaponiya mart ayından BMT TŞ-yə sədrlik edəcək.

Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Yamazaki Kazuyuki ölkəsinin mart ayında həyata keçirəcəyi fəaliyyətlərlə bağlı BMT-nin mənzil-qərargahında jurnalistlərə məlumat verib.

Y.Kazuyuki Yaponiyanın bu ay BMT TŞ-yə sədrliyi dövründə nüvə silahları və sülhməramlılarla bağlı məsələləri diqqətdə saxlayacağını, habelə Yaxın Şərqdə davam edən münaqişənin TŞ-nin gündəmində olacağını bildirib.

Səfir bildirib ki, Qəzzada humanitar atəşkəslə bağlı əldə olunan razılığa əməl edilməsi və davam edən münaqişə ilə bağlı martın 7-də ay ərzində ilk iclasın keçirilməsini nəzərdə tutub. Y. Kazuyuki tərəflər arasında razılığın əldə olunması üçün ölkəsinin ay ərzində səylərini əsirgəməyəcəyini deyib və İsrailin öz xalqını qorumaq hüququna malik olduğunu, lakin beynəlxalq humanitar hüquqa riayət etməli olduğunu vurğulayıb.

Diplomat BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinin dayandırılmasının ciddi fəsadlar yaradacağına diqqət çəkib və UNRWA-ya yardımlarla bağlı TŞ-də müzakirələrin aparılacağını bildirib.

Y.Kazuyuki ay ərzində eyni zamanda digər münaqişəli bölgələrlə (Suriya, Sudan) bağlı ölkələrin müraciətləri ilə TŞ-də iclasların keçirilməsinin mümkün olduğunu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Yaponiya  


Bizi "telegram"da izləyin