TDT Baş katibi Qazaxıstanın XİN başçısı ilə Zirvə görüşünün yekunlarını müzakirə edib

2024/03/1709352745.jpg
Oxunub: 98     01:03     02 Mart 2024    
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstanın xarici işlər naziri Murat Nurleu ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə regional təşkilatın mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibi səfir Kubanıçbek Ömüraliyev 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. Tərəflər Təşkilatın Astanada keçirilmiş 10-cu Zirvəsinin yekunları ətrafında fikir mübadiləsi apararaq TDT-nin nəzdində qarşıdakı dövrdə həyata keçiriləcək işləri müzakirə ediblər”, – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada TDT-nin X Zirvə toplantısı keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Qazaxıstan  


Bizi "telegram"da izləyin