"Ölkəmiz COP29 çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir" - İtaliyalı nazir

2024/03/frant-1709311193.jpg
Oxunub: 168     20:22     01 Mart 2024    
İtaliya COP29 çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində plenar sessiyada çıxışında deyib.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının "yaşıl" enerji üzrə iclası hər birimizin enerji layihələrinin koordinasiya olunmuş şəkildə icrası üzrə üzərimizə öhdəliklər götürməli olduğumuz bir vaxtda böyük əhəmiyyət kəsb edir. Həmçinin, "G7"-də (Böyük Yeddilik) sədrliyimizi nəzərə alaraq Azərbaycanla COP29 konfransına sədrliyi çərçivəsində bu istiqamətdə əməkdaşlıq etmək istəyirik", - o deyib.

Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkədən nümayəndələr, 6 beynəlxalq təşkilat və 44 şirkət, eləcə də Azərbaycandan və Aİ ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Azərbaycan  


Bizi "telegram"da izləyin