Albaniya “Bayraktar” partiyası alıb

2023/10/1696238615.jpg
Oxunub: 211     20:26     01 Mart 2024    
Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib.

“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj işləri və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - N.Peleşi feysbuk səhifəsində yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   Bayraktar  


Bizi "telegram"da izləyin