İranda seçkilərin vaxtı uzadılıb

2024/03/sdfsd-1709306207.jpg
Oxunub: 178     18:57     01 Mart 2024    
Bu gün İranda keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisi seçkilərinin vaxtı 2 saat uzadılıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı bildiriş yayımlayıb.

Beləlliklə, seçkilər yerli vaxtla saat 20:00-dək keçiriləcək.

Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb. Seçkilər 31 vilayətdə 1 218 seçki dairəsi, təxminən 59 min seçki məntəqəsində keçirilir.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki  


Bizi "telegram"da izləyin