Ərdoğan beynəlxalq münasibətlər sisteminin yararsız olduğunu deyib

2024/01/1706591358.jpg
Oxunub: 118     16:50     01 Mart 2024    
“Dünyadakı böhranların çoxu regionumuzda baş verir”.

Ordu.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Liviya, Suriya, Yəmən və Ukraynada baş verənlər beynəlxalq münasibətlər sisteminin yararsız olduğunu sübut edir.

Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi uzun illərdir ki, təzyiqlərə məruz qalır. Lakin buna baxmayaraq, Ankara haqqı müdafiə etməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin