"Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır" - Rubinyan

2024/03/rubin-1709296827.jpg
Oxunub: 157     16:37     01 Mart 2024    
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, respublikanın ikitərəfli nizamlanma üzrə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülh problemlərinə dair panel müzakirədə deyib.

“Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına hazırdır. Əgər Serdar Kılıç (Türkiyənin xüsusi nümayəndəsi) razılaşarsa, biz bunu məhz indi, bu gün elan edə bilərik”, - deyə Ruben Rubinyan bildirib.

Serdar Kılıç isə öz növbəsində ermənistanlı həmkarını gələn həftə İrəvanda görüşməyə və bunu orada “tarixi hadisəyə” çevirməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin