Gürcüstan XİN rəhbərinin müavini: "Ümid edirik ki, Azərbaycan və Ermənistan razılığa gələcəklər"

2024/03/0932c-1709292070.jpg
Oxunub: 121     15:12     01 Mart 2024    
Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır, buna görə də qonşu ölkələrə danışıqlar üçün öz platformasını təklif edir.

Ordu.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia Türkiyənin Antalya vilayətində keçirilən III Diplomatiya Forumunda deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və ondan hər iki tərəf faydalanacaq: “Sülhün alternativi yoxdur, bu səbəbdən Tibilisi Cənubi Qafqazda danışıqları və sabitliyin bərqərar olmasını dəstəkləyir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin