Azərbaycan və Rusiya XİN başçıları regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

2024/03/1709299161.jpg
Oxunub: 270     17:08     01 Mart 2024    
1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrov və Ceyhun Bayramov arasında bu gün Antalyada keçirilmiş görüşə dair məlumat yayıb.

Ordu.az Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 22 fevral 2022-ci il tarixli Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üzrə üçtərəfli razılaşmalarının həyata keçirilməsinin zəruriliyi təsdiqlənib.

Qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib.

Nazirlər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.



***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Ordu.az xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onların müzakirə etdikləri məsələlər hələ ki açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin