ANAMA: Ötən ay azad olunan ərazilərdə 600-ə yaxın mina zərərsizləşdirilib

2023/08/1692777190.jpg
Oxunub: 137     15:06     01 Mart 2024    
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə fevral ayı ərzində 159 tank əleyhinə mina, 437 piyada əleyhinə mina, 1941 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 4562.6 hektar ərazi minalardan təmizlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin