ABŞ hərbçiləri husilərin raketlərinə zərbələr endirib

2024/01/1705035832.jpg
Oxunub: 87     14:21     01 Mart 2024    
ABŞ hərbçiləri husilərin gəmi əleyhinə raketlərinə iki zərbə endirib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı husilərin altı gəmi əleyhinə qanadlı raketlərinə iki zərbə endirib. Gəmilərin Qırmızı dəniz istiqamətində buraxılmağa hazır olduğu qeyd olunub.

Bundan başqa, CENTCOM-un Qırmızı dənizin cənub hissəsinin üzərində pilotsuz uçuş aparatını vurduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Husilər  


Bizi "telegram"da izləyin