Azərbaycan G7-nin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə dəvət olunub

2024/03/65e1a-1709287915.jpg
Oxunub: 112     14:07     01 Mart 2024    
Azərbaycan G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə dəvət olunub.

Ordu.az xəbər verir ki, dəvəti İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin martın 1-də Prezident İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   G7  


Bizi "telegram"da izləyin