Ceyhun Bayramov Burkina Fasonun XİN başçısı ilə görüşüb

2024/03/1709287445.jpg
Oxunub: 104     13:56     01 Mart 2024    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində Burkina Fasonun Xarici İşlər və Regional Əməkdaşlıq naziri Jan Mari Traore Karamoko ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Hər iki nazir əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduqlarını bildiriblər.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Burkina-Faso  


Bizi "telegram"da izləyin