Türkiyə və Ermənistan xüsusi nümayəndələri İrəvanda görüşə bilər

2024/03/65e1a-1709287304.jpg
Oxunub: 110     13:47     01 Mart 2024    
Türkiyə və Ermənistan xüsusi nümayəndələri İrəvanda görüşə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

O, növbəti görüşün gələn həftə İrəvanda keçirilməsini təklif edib.

Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan isə bu məsələ ilə bağlı axşama doğru müzakirə edilib qərar verilə biləcəyini diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin