Almaniyada hərbçi 4 nəfəri öldürüb

2024/03/1709284441.jpg
Oxunub: 119     13:11     01 Mart 2024    
Almaniyanın Şessel yaşayış məntəqəsində (Aşağı Saksoniya federal torpağı) atışma nəticəsində 4 nəfər həlak olub.

Ordu.az bu barədə “Bild” qəzetinə istinadən xəbər verir.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs hərbçidir.

İlkin məlumatlara görə, cinayət martın 1-də gecə fərdi yaşayış evində baş verib. Hadisəyə səbəb kimi ailə daxilində fikir ayrılıqları göstərilir. Amma atəş açan şəxsin və ölənlərin kimliyi məlum deyil.

Şübhəli şəxs artıq saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Şessel  


Bizi "telegram"da izləyin