Hikmət Hacıyev: Region xaricindəki geosiyasi intriqaları Cənubi Qafqaza daşımaq istəyən qüvvələr var

2023/11/16616-1700555472.jpg
Oxunub: 154     12:47     01 Mart 2024    
Azərbaycan Prezidentinin də dediyi kimi artıq Qarabağ problemi yoxdur. Azərbaycan beynəlxalq hüquq və norma prinsipləri əsasında öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın baxışı ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda davamlı sülh və əmin-amanlıq təmin olunmalıdır.

“Azərbaycan bu niyyətin daşıyıcısıdır. Sülh müqaviləsi layihəsinin mətnini yazan və təqdim edən də məhz Azərbaycan Respublikasıdır.

Amma təəssüflər olsun ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silah yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda, Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var. Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur. Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək. Azərbaycanın niyyəti bundan ibarətdir”, - Prezidentin köməkçisi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin