Britaniya HDQ HMS “Prince of Wales” aviadaşıyıcı gəmisini satmağa məcbur ola bilər

2024/03/2024--1709283249.jpg
Oxunub: 201     16:52     01 Mart 2024    
Donanma mənbələri iddia edir ki, Britaniyanın ikinci aviadaşıyıcı gəmisinin gələcəyi maliyyə problemlərinə görə təhlükə altındadır.

Ordu.az xəbər verir ki, gələn həftə açıqlanacaq büdcədə müdafiə xərclərində ciddi artım olmayacağı açıqlandıqdan sonra yüksək səviyyəli şəxslər açıqlamalar veriblər.

İnşası 3,5 milyard funt-sterlinqə başa gələn HMS “Prince of Wales”in rəfə qoyulmasından və ya Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) flaqmanı olan HMS “Queen Elizabeth”i əvəzinə cüzi bir qiymətə dost ölkəyə satılmasından ehtiyat edilir.

Lakin müdafiənin maddi vəziyyəti yaxşılaşmasa, bu qərar 2028-ci ilə qədər komandirlərin üzərinə qoyula bilər.

“Daily Mail” bir donanma mənbəsinə istinadən bildirib ki, vəsait toplamaq üçün aviadaşıyıcı gəminin satılması şəklindəki kabus ssenarisi gələcək qiymətləndirmələri və strategiyaları araşdıran Dəniz Korporativ Planlaşdırma Qrupunun üzvləri tərəfindən müzakirə edilir.

“Daily Mail” bildirir ki, Britaniya HDQ HMS “Prince of Wales” aviadaşıyıcı gəmisini satmağa məcbur ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HDQ   HMS  


Bizi "telegram"da izləyin