Avstraliya AS21 “Redback” zirehli döyüş vasitələri üçün “Elbit”i seçib

2024/03/AS21--1709283068.jpg
Oxunub: 124     16:26     01 Mart 2024    
Avstraliya Quru Qoşunları, “Hanwha Defense Australia” tərəfindən istehsal edilən və dizaynı Cənubi Koreyanın K21 zirehli döyüş vasitəsinə əsaslanan AS21 “Redback” zirehli döyüş vasitələrində İsrailin müdafiə sənayesi şirkəti “Elbit Systems” tərəfindən istehsal ediləcək elektron həllərə üstünlük verib.

Ordu.az xəbər verir ki, “Elbit Systems” tərəfindən 2024-cü il fevralın 26-da verilən açıqlamada Avstraliya Quru Qoşunları üçün istehsal olunacaq AS21 “Redback” zirehli döyüş vasitələrinin mühafizəsi, silah qüllələri və sensorlarının təmin edilməsi üçün “Hanwha Defense Australia” şirkəti ilə 600 milyon dollarlıq müqavilə imzalandığı bildirilib.

Ötən ilin dekabrında Avstraliya Müdafiə Nazirliyi “Hanwha Defense Australia” şirkəti ilə AS21 “Redback” zirehli döyüş vasitələrinin istehsalı üçün 2,4 milyard dollarlıq müqavilə imzalayıb.

“Elbit Systems” tərəfindən fevralın 26-da edilən açıqlamaya görə, 600 milyon dollar dəyərində aktiv müdafiə sistemləri, silah qüllələri və sensor sistemlərinin tədarükünü əhatə edən, “Hanwha Defense Australia” ilə imzalanan müqavilə çərçivəsində tədarüklər 5 il müddətində tamamlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   AS21   Redback  


Bizi "telegram"da izləyin