Dünya mətbuatında “Kaan”a maraq və təriflər davam edir

2024/03/29_80-1709282999.jpg
Oxunub: 274     16:00     01 Mart 2024    
Fevralın 21-də Türkiyənin milli döyüş təyyarəsi “Kaan”ın uğurlu ilk uçuşundan sonra dünya mətbuatında Türkiyənin müdafiə sənayesindəki irəliləyişlərə maraq və təriflər davam edir.

Ordu.az xəbər verir ki, İspaniyada müdafiədən bəhs edən saytlar “Kaan” ilə bağlı xəbərlərini davam etdirib.

“Defensa.com” saytı “Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) gələcək döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib” başlığı ilə verdiyi xəbərdə bildirib ki, bu, Türkiyə sənayesinin Türkiyə Aviasiya və Kosmos Sənayesi şirkətinin rəhbərliyi altında beynəlxalq səviyyədə stels olaraq təyin olunan 5-ci nəsil döyüş təyyarəsini və onun radarda görünməzlik qabiliyyətlərini inkişaf etdirməyə yönəlmiş iddialı layihəsi çərçivəsində çox əhəmiyyətli bir addımdır.

“Aviacionline.com” saytı “5-ci nəsil Türkiyənin döyüş təyyarəsi “Kaan” ilk uçuşunu edib” başlığı ilə verdiyi xəbərdə qeyd edib ki, “Kaan” F-35 kimi 5-ci nəsil təyyarələr arasında 1-ci blokda olacaq.

İtaliyanın “Panorama” jurnalında dərc olunan xəbərdə Türkiyənin yeni hərbi təyyarəsini “milli qürur nümayişi” ilə uçurduğu bildirilib.

Niderlandın önəmli qəzetləri və müdafiə ilə bağlı xəbərlər verən sayt “Kaan” ilə bağlı xəbərləri maraqla izləyib. “De Volkskrant” qəzetinin “Türkiyə “Kaan” döyüş təyyarəsi ilə səmada hökmranlığını bir daha göstərir” başlıqlı xəbərində “Kaan”ın ilk sınaq uçuşunu uğurla başa vurduğu bildirilib.

“De Telegraaf” qəzetinin xəbərində “Türkiyə özü tərəfindən hazırlanmış ilk döyüş təyyarəsini təqdim etdi” başlığı istifadə edilərək, “Kaan”ın Türkiyənin özünün istehsal etdiyi ilk döyüş təyyarəsi olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kaan  


Bizi "telegram"da izləyin