Ağıllı Sualtı Minası MALAMAN-da ilk partlayış baş tutub

2024/03/MALAM-1709282761.jpg
Oxunub: 131     14:44     01 Mart 2024    
TÜBİTAK-ın təşəbbüsü ilə başladılan və MKE A.Ş., TÜBİTAK-SAGE ilə “Koç Savunma” arasında əməkaşlıq çərçivəsində həyata keçirilən MALAMAN Ağıllı Sualtı Minası Layihəsində mühüm mərhələ uğurla tamamlanıb.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində ilk tam miqyaslı partlayış sınağı ötən həftə həyata keçirilib.

Mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, MALAMAN Dəniz Minasının Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına daxil olması ilə bu mövzuda xarici asılılıq sona çatacaq.

Davam edən layihə kütləvi istehsala keçdikdə, mümkün müharibə vəziyyətində Türkiyənin ərazi suları çox daha təhlükəsiz olacaq.

Layihə çərçivəsində hazırlanan Ağıllı Sualtı Minası döyüş gəmiləri və insanlı və insansız sualtı platformalarla istənilən əraziyə yerləşdirilə bilər. İnkişaf etdirilməkdə olan mina dənizin dibindəki çəkiyə zəncirlə bərkidilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MALAMAN   Türkiyə  


Bizi "telegram"da izləyin